Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Saakaşvili: Təhlükəli psixopatla üz-üzəyik

Hər kəs artıq təxmin edir ki, İvanişvilinin dönəmi bitib və o, arxivə veriləcək.

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib. Moldova, Ukrayna və Ermənistanda son baş verənləri nümunə gətirən Saakaşvili Gürcüstanın feodal idarəçiliyin son adası olaraq qaldığını və gürcü xalqının buna layiq olmadığını bildirib:

“İvanişvili sona qədər Qaxariyanı qorudu və praktik olaraq etiraf etdi ki, məhz o, mitinqin dağıdılması əmrini verib. O, bizim ona qoyduğumuz güclü dövləti dağıdır və onu görün nəyə çevirib. O, Vahid Milli Hərəkatı əsas maneə adlandırır və bu çox diqqətəlayiqdir. Ona görə ki, Vahid Milli Hərəkat mövcud böyük səhvlərə rəğmən sorğularda ciddi şəkildə liderlik edir. Bu fonda bizə heç zaman olmadığı qədər birlik lazımdır. Biz daha çox qan tökməyə və daha çox qurban verməyə hazır olan qorxmuş, təhlükəli psixopatla üz-üzəyik. Biz buna imkan verməməli, onlardan qorxmamalıyıq. O, sentyabrdan hər şeyi nizama salmağa başlayacağını deyəndə, onun 2016-cı ildə də, keçən il də eyni vədləri verdiyini xatırlayın”.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə