Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Sabirabadda avtomobil dəmir betona çırpıldı: yaralılar var

Sabirabadda avtomobil dəmir betona çırpılıb.

Xeberinmerkezi.az xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dəmir betona çırpılıb.

Qəza nəticəsində rayonun Məmişlər kənd sakinləri, 1954-cü il təvəllüdlü Vilayət Mirzağa oğlu Həziyev və Mahir Tahir oğlu Teymurov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə