Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Salyanda ağır yol qəzası: ölən və yaralılar var


Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 67-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, Lerik rayon sakini, 1992-ci il təvəllüdlü Pərviz Alim oğlu Quliyev idarə etdiyi “Nissan” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən yük maşınına çırpılıb. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Diniyev Adil Həmid oğlu hadisə yerində dünyasını dəyişib. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “Nissan”ın sürücüsü və avtomobildə olan  sərnişinlər - 1999-cu il təvəllüdlüDinili Nisə Adil qızı, 1967-ci il təvəllüdlü Quliyeva Zinət Həmid qızı, 1967-ci il təvəllüdlü Fətullayeva Gülnaz Fənhəmqızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə