Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Şirvanda itkin düşdüyü bildirilən 18 yaşlı oğlan tapılıb




Şirvanda itkin düşdüyü bildirilən gənc tapılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlunun Gəncə şəhərində olduğu məlum olub.  

 

Onun iyulun 14-də 14.30 radələrində evdən çıxaraq bir daha geri qayıtmadığı bildirilirdi.

 

O. Nağıyev Şirvan Polis Şöbəsi tərəfindən itkin kimi qeydiyyata alınıb və barəsində axtarış elan olunub.

 

 

***

 

12.12

 

Şirvanda 18 yaşlı oğlan 2 gün əvvəl evdən çıxıb və geri qayıtmayıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Nağıyev Orxan Məmmədsadıq oğlu iyulun 14-də 14.30 radələrində velosipedlə evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun sonuncu dəfə 4-cü sinif şagirdi olan qardaşı ilə mübahisə etdiyi bildirlir.

Boyu təxminən 172  santimetr olan Orxan Nağıyev evdən çıxarkən əynində  cins şalvar, boz idman köynəyi və başında idman papağı olub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə