Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Sürücülərin nəzərinə: Abşeronda hərəkət məhdudlaşdırılır

Abşeron rayonu ərazisində nəqliyyatın hərəkəti qısamüddətli məhdudlaşdırılacaq.

Bu barədə yerli KİV-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 

Bildirilib ki, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi Heydər Əliyev prospektində iyunun 1-i səhər saatlarından hərəkət qısa müddətə məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə