Sədrlikdən imtina edib, deputatlığa namizəd oldu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.
Xeberinmerkezi.az xəbər verir ki, o, AHİK sədrliyi ilə vidalaşacaq, çünki sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb.
Köməkçisi bildirib ki, Səttar Möhbalıyevin səhhətində problem olduğu üçün sədrliyə namizədliyini verməyəcək:
"İyun ayında ürəyindən əməliyyat olundu, buna görə də bu dəfə sədrlik postuna iddia etməyəcək. Hazırda Səttar müəllim Naxçıvandadır".
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı 2023-cü ilin dekabrın 20-də keçirilib.
Xatırladaq ki, bu il YAP-ın namizədləri sırasında S.Möhbalıyevin adı olmayıb.