Şəhidimizin ad günü qeyd edildi
Bu gün Göyçayda Vətən müharibəsi şəhidi Xəyyam Hüseynovun doğum günü qeyd olunub.
Xeberinmerkezi.az xəbər verir ki, 25-ci doğum günündə şəhidimizin ailəsi və məzarı ziyarət olunub.
Tədbirdə şəhidin qohumları, yaxınları, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı şəhid X.Hüseynovun qısa, amma şərəfli həyat yolundan bəhs olunub. Bildirilib ki, Hüseynov Xəyyam Hüseyn oğlu 1996-cı il iyul ayının 11-də Göyçayın Məlikkənd kəndində dünyaya gəlib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə könüllü olaraq yollanıb və döyüşlərə qoşulub, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O, doğulub boya-başa çatdığı Məlikkənd kənd qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Xəyyam Hüseynov ölümündən sonra “Vətən uğrunda” və 2020-ci il 29 dekabr tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət etsin.