Şəmkirdə özünü yandıran kişini Bakıya gətirdilər
Şəmkirdə yaşlı kişi yanıq xəsarəti alıb.
APA-nın yerli bürosunun məlumtına görə, hadisə rayonun “15 küçə” adlanan ərazisində olan mənzillərin birində qeydə alınıb.
1941-ci il təvəllüdlü Cəfər Vəliyev ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən 5 saylı Xəstəxananın Yanıq şöbəsinə gətirilib.
Məlumata görə, 79 yaşlı kişi özü-özünü yandırıb.
Hadisənin baş verməsi səbəbləri araşdırılır.