Tanınmış hakim Ənvər Seyidov məhkəməyə müraciət etdi
Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov pensiyasının artırılması üçün məhkəməyə müraciət edib.
Ənvər Seyidov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunu məhkəməyə verib.
O, pensiyasının düzgün hesablanmasını istəyir.
Qeyd edək ki, Ənvər Seyidov bu il təqaüdə göndərilib.