Teleaparıcı Tahir Məmmədov ona "COVID-19" koronavirusu diaqnozu qoyulduğunu söyləyib
Xeberinmerkezi.az bildirir ki, bu barədə "Moskovskiy Komsomolets" yazır.
Şoymen sosial şəbəkədə bu infeksiyaya yoluxduğunu təsdiqləyən laboratoriya analizinin nəticələrini paylaşıb.
“Xəstələnmək heç də xoş deyil! Özünüzü qoruyun!”, - izləyiciləri ilə paylaşdığı analizinin nəticəsinə şərh yazıb.
Tahir Məmmədov onda koronavirusun hər hansı simptomunun olub-olmadığını qeyd etməyib.
İzləyiciləri ulduza tezliklə sağalmağı arzulayıblar və onun immunitetini gücləndirərək, xəstəliyə qalib gəlməsini diləyiblər.
Qeyd edək ki, Tahir Namiq oğlu Məmmədov 1981-ci ildə Bakıda anadan olub. O, kino və televiziya aktyoru, kinorejissor, ssenarist, prodüser, teleaparıcı, şoumen və yumor ustasıdır. N.Məmmədov “Comedy Club”un keçmiş prezidentidir.