Tokio Olimpiadası: Hacı Əliyev finalda - FOTO
Azərbaycan güləşçisi Hacı Əliyev Tokio Olimpiadasında finala yüksəlib.
Xəbərin mərkəzi.Az xəbər verir ki, o, Hindistandan olan rəqibi Bacranq Bacranqı 12:5 hesabı ilə məğlub edib.
Onun finaldakı rəqibi dünya və ikiqat Asiya çempionu, meydan sahibi idmançısı Takuto Otoquro (Yaponiya) olacaq. Bu görüş Azərbaycanın ilk finalı olacaq və sabah keçiriləcək.
Sərbəst güləşçimiz Hacı Əliyev də yarımfinala vəsiqə qazanıb.
O, ikiqat dünya mükafatçısı, üçqat Asiya çempionu Dövlət Niyazbəyova (Qazaxıstan) 9:1 hesabı ilə qalib gəlib.
Beləliklə, güləşdə səhər seansı başa çatıb. Axşam seansında Azərbaycandan Hacı Əliyev və Mariya Stadnik yarımfinalda qarşılaşacaqlar. Hacının rəqibi üçqat dünya mükafatçısı, ikiqat Asiya çempionu Bacranq Punia (Hindistan), Mariyanınkı ikiqat dünya çempionu Yui Susaki (Yaponiya) olacaq.
Azərbaycanın daha bir sərbəst güləşçisi, Olimpiya mükafatçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Oxu.Az xəbər verir ki, 65 kq-da çıxış edən idmançımız 1/8 final mərhələsində səkkizqat Afrika çempionu Adama Diatta (Seneqal) ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. Onun növbəti rəqibi Dövlət Niyazbəyov (Qazaxıstan) olacaq.