Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Tom Kruz havadan asılı şəkildə tamaçılarla sevincini paylaşdı 


Amerikalı aktyor Tom Kruz 2022-ci ildə ABŞ-nin ən gəlirli filmlərindən hesab olunan “Top Gun: Maverick”in tamaşaçılarına qeyri-adi üsulla təşəkkür edib.

Bununla bağlı kadrlar Hollivud ulduzunun “Instagram” hesabında paylaşılıb.

“Hər kəsə salam! Biz “Missiya: Mümkünsüz” (“Mission: Impossible”) filminin çəkilişi üçün heyrətamiz Cənubi Afrikadayıq. Mən bu ili sizə kinoteatrlara gəldiyiniz və “Top Gun: Maverick”i dəstəklədiyiniz üçün təşəkkür etmədən bitirmək istəmədim”, - deyə Tom Kruz bildirib.

Videoda görünür ki, rejissor Kristofer Makkuorri aktyordan tullanışı çəkmək üçün tələsməyi xahiş edir. Daha sonra Kruz təyyarədən tullanır və sərbəst uçuş zamanı tamaşaçılara müraciətinə davam edir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə