Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Tovuzda bərabərlik, "Sabah" qalib gələ bilmədi


Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" "Şamaxı" ilə qarşılaşıb.

 Xəbərin mərkəzi.az xəbər verir ki, Tovuzda keçirilən qarşılaşmada tərəflər hərəyə 1 dəfə fərqləniblər.

"Kəpəz" 19 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan “Şamaxı”nın isə 21 xalı var.

Turun son matçı “ASCO Arena”da “Səbail”lə “Sabah” arasında keçiriləcək.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan Tovuz” “Araz Naxçıvanı”, “Qarabağ” “Neftçi”ni 1:0 hesabı ilə üstələyib. “Sumqayıt” isə evdə “Zirə”yə məğlub olub - 0:3.

"Səbail" və "Sabah" komandaları arasında baş tutan matçda qalib müəyyənləşməyib.

“ASCO Arena”da keçirilən görüşdə qapılara qol vurulmayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə