Türk futbolçu Neymar və Mbappeni üstələdi
Fransanın birinci futbol liqasında çıxış edən və “Lill” klubunun formasını geyinən türk futbolçu Yusuf Yazıcı dekabr ayının ən yaxşı oyunçusu seçilib.
Fransa Milli Peşəkar Futbolçular Birliyindən Anadolu Agentliyinə verilən məlumata əsasən, Yazıcı meydanda göstərdiyi oyunla Neymar və Mbappe kimi ulduz futbolçuları geridə qoyub.
Türkiyəlinin üzvü olduğu “Lill” klubu öz tvitter səhifəsində futbolçunu aldığı mükafat münasibətilə təbrik edib.
Qeyd edək ki, “Ligue 1”-in dekabr ayının ən yaxşı oyunçusu qurumun saytındakı səsvermə ilə seçilib.