Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pençe-Kartal” şərti adı altında geniş antiterror əməliyyatına başlayıb.
Xeberinmerkezi.az Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı son məlumata istinadən bildirir ki, PKK terror təşkilatının Sincar, Karacak, Kandil, Zap, Avaşin Basyan, Gara və Hakurk bölgələrindəki 81 hədəfi bir-bir vurularaq darmadağın edilib.
Bildirilir ki, nazir Hulusi Akar ordu generalları ilə birlikdə əməliyyat qərargahından prosesin icrasına nəzarət edib. Hərbi Hava Qüvvələrinin qırıcıları ilə bərabər hərbi təyinatlı pilotsuz aparatlar da əməliyyata cəlb olunub.
Əməliyyatın uğurlu keçdiyini bildirən nazir Hulusi Akar prosesdə iştirak edən pilotları təbrik edib.
Türkiyənin Hərbi Hava Qüvvələri terrorçuluğa qarşı yeni “Qartal caynağı” əməliyyatı çərçivəsində İraqın şimalında PKK-nın mövqelərinə zərbələr endirməyə başlayıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi özünün “Twitter”dəki səhifəsində məlumat paylaşıb.
"Qartal caynağı" əməliyyatı başlandı", - nazirliyin xəbərində deyilir. Türkiyənin müdafiə qurumu bildirib ki, hərbi təyyarələr PKK-çıların gizləndiyi bazalara atəş açır.
Qeyd edilir ki, İraqın şimalındakı Avaşin, Basyan, Hakurk, Sincar, Qəndil, Zap bölgələrində yerləşən terror obyektlərinə qarşı hərbi hava əməliyyatı təşkil olunub.
Nazirliyin açıqlamasında PKK terror qruplaşmasının son vaxtlar Türkiyəyə hücum təşəbbüslərinin artdığı vurğulanır.