Türkiyədə hərbi təyyarə qəzaya uğradı: pilotlar həlak oldu
Türkiyənin hərbi təlim təyyarəsi hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.
Xeberinmerkezi.az xəbər verir ki, hadisə Kayseridə baş verib.
Hadisənin baş verdiyi əraziyə xilasedicilər cəlb olunub.
Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.