Türkiyədə terror: ölənlər var, atışma gedir
Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasının qarşısında partlayış baş verib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Binaya yaxın ərazidə silah səslərinin eşidildiyi və kamikadzenin olduğu iddia edilib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya X hesabında terror hadisəsinin baş verdiyini, ölən və yaralananların olduğunu açıqlayıb.
TUSAŞ qarşısında atışma davam edir.
Terror aktının olduğu TUSAŞ-ın binasında daha bir partlayış baş verib.