Türkiyədə zəlzələdə ölənlərin sayı 4 544-ə çatıb, 26 721 nəfər yaralanıb
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 4 544-ə çatıb.
Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 26 721 nəfər yaralanıb.
Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.
Bu rəqəmi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət İnformasiya-Koordinasiya Mərkəzində zəlzələ ilə bağlı danışarkən açıqlayıb.
Onun sözlərinə görə, yaralıların sayı da artaraq 22 168 olub.
Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 3432-yə çatıb.
Məlumata görə, yaralıların sayı da artaraq 21 103 olub.
Türkiyədə dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat yayıb.
Onun sözlərinə görə, zəlzələ nəticəsində ölənlərin sayı 3419-a çatıb. Yaralıların sayı isə 20 534-ə yüksəlib.
F.Oktayın sözlərinə görə, dağıntılar altından 8 mindən çox insan xilas edilib.
Şəhərlər üzrə insan itkilərinin sayı isə belədir:
Kahramanmaraş – 530
Hatay – 872
Osmaniye – 293
Adıyaman – 720
Diyarbəkir – 92
Şanlıurfa – 95
Qaziantep – 481
Adana – 146
Malatya – 176
Elazığ - 2