Türkiyədən Ermənistanla bağlı açıqlama
Ermənistandakı dövlət çevrilişi cəhdini qınayırıq. Dövlət çevrilişləri hər zaman demokratik prosesləri zədələyir və xaosa səbəb olur.
Xeberinmerkezi.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın deyib.
"Ermənistanda vəziyyətin tezliklə normalaşmasını arzulayırıq", - o vurğulayıb.
Qeyd edək ki, Ermənistan Baş Qərargah rəisi də daxil olmaqla, 40-dan çox yüksək çinli zabit Paşinyanın istefasını tələb edən bəyanat yaymışdı. Ardınca Paşinyan tərəfdarlarına çağırış edərək meydanlara səsləmişdi.