Türkiyəyə 30 milyon bağışladı, adını demədən getdi...
Adı açıqlanmayan pakistanlı iş adamı dağıdıcı zəlzələ fəlakətindən dolayı Türkiyəyə 30 milyon dollar yardım edib.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Türkiyənin ABŞ-dakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxs adının açıqlanmasını istəməyib.