Türkiyəyə kütləvi raket hücumu: yaralılar var
Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket atılıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
İlkin məlumata görə, 1 hərbçi, 2 özəl hərəkat polisi yaralanıb.
Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə raket hücumu nəticəsində 1-i komissar, 6-sı polis olmaqla, 8 təhlükəsizlik əməkdaşı yaralanıb.
YPG/PKK terror təşkilatı Türkiyənin Qaziantep şəhərinin Karkamış rayonuna 4 raket atıb.
Mərmilər boş əraziyə düşüb.
Raketin düşdüyü ərazidə araşdırma işləri aparılır.