Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

UEFA ÇL: "Qarabağ"dan möhtəşəm qələbə...




Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin görüşlərinə start veriləcək.

Böyük maraqla gözlənilən görüşdə son Azərbaycan çempionu "Qarabağ" Cəbəllüttariq çempionu "Linkoln"la üz-üzə gələcək.

Gərgin mübarizə vəd edən görüşü İştvan Vadın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

23 iyul

UEFA Çempionlar Liqası ıı təsnifat mərhələsi

"Linkoln" - "Qarabağ"

Saat 20:00, "Victoria Stadium"

Baş Hakim: İştvan Vad.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Linkoln" (Cəbəllütariq) - "Qarabağ" matçı start götürüb.

Axar.az xəbər verir ki, qarşılaşma “Europa Point Stadium”da keçirilir.

Görüşü macarıstanlı İştvan Vad idarə edir.

***

"Qarabağ"ın oyunçusu Juninyo matçın 45+2 dəqiqəsində hesabı açıb: 0 - 1

***

72-ci dəqiqədə Toral Bayramov daha bir topu rəqibin qapısından keçirib: 0 - 2

***

Qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə