Ukrayna Bryanskı da raket atəşinə tutdu
Bryansk vilayətində hava hücumundan müdafiə vasitələri Ukraynanın iki raketini zərərsizləşdiriblər.
Xeberinmerkezi.az xəbər verir ki, bunu Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz deyib.
Onun sözlərinə görə, vurulan raketlərdən biri Bıtoş qəsəbəsi ərazisinə düşüb. Tələfat yoxdur.
Qeyd edək ki, bu gün Ukrayna Rostov vilayətinə və Kerçə də raket zərbələri endirib.