Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ukrayna Silahlı Qüvvələri Donetski raketlə vurdu 


Ukrayna ordusunun Donetskdə “Paradise” hotelinə raket zərbəsi endirməsi nəticəsində azı beş nəfər həlak olub, daha altı nəfər yaralanıb.

Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, zərbələr HIMARS Yaylım Atəşli Reaktiv Sistemindən həyata keçirilib.

Hadisə yerində əməliyyat xidmətləri və istintaq qrupu işləyir, dağıntılar təmizlənir.

Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri bu gün Luqansk vilayətində neft anbarını da vurub. Son məlumatlara görə hadisə nəticəsində dörd nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə