Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ukraynaya Olimpiya medalı qazandıran azərbaycanlı: “Uca Tanrı məni əliboş qoymadı”


Ukraynaya yunan-Roma güləşində gümüş medal qazandıran Azərbaycan əsilli Pərviz Nəsibov təşəkkür bildirib. 

Xəbərin mərkəzi-ın xəbərinə görə, 23 yaşlı idmançı çoxlu təbrik mesajları aldığını qeyd edib: 

“Hər şeyi görürəm, sadəcə cavab verməyə fiziki cəhətdən çatdırmıram. Bu medal üçün uzun yol qət etdim, bütün həyatım boyu məşq keçdim və Uca Tanrı medalı mənə bəxş etdi. O, məni əliboş qoymadı. O, mənim gündəlik çəkdiyim əziyyəti qiymətləndirdi".

Şəxsi məşqçilərinə və valideynlərinə təşəkkür edən Pərviz medalın əyarından məmnun olduğunu bildirib: “İnşallah onu qızıla dəyişəcəyəm. Hələ hər şey yeni başlayır”. 

Qeyd edək ki, Pərviz Nəsibov dünən İrandan olan qaşqay türkü Məhəmməd Rza Gərayiyə uduzaraq gümüş medalla kifayətlənib. 


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə