Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəsmisi Prezident Administrasiyasına "dəvət" olundu

UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.

Caliber.az-ın məlumatına görə, görüş zamanı UNICEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi qəbuledilməz bəyanatlardan narahatlıq ifadə olunub.

UNICEF-in İrəvan ofisinin rəhbərinin mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi UNICEF-in İrəvan bürosunun rəhbərinin hərəkətlərinin yanlış olduğunu etiraf edib.

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanat yayaraq, “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını”, - qeyd etmişdi.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə