Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

ÜST koronavirus pandemiyasının yeni episentrinin adını açıqladı

Koronavirus pandemiyasının yeni episentri Cənubi Amerikadır.

RİA Novosti-nin məlumatına görə, bunu ÜST-nin səhiyyə sahəsində fövqəladə məsələlər üzrə proqramının direktoru Maykl Rayan deyib.

O vurğulayıb ki, Cənubi Amerikanın bir çox ölkələrində koronavirusa yoluxma hallarının sayının artması müşahidə olunur, lakin ən narahatedici vəziyyət Braziliyadadır.

Qeyd edək ki, Braziliya yoluxma sayına görə dünya ölkələri arasında ikinci yerə yüksəlib. Ölkədə koronavirusa yoluxanların sayı 332 382 nəfərə çatıb. Siyahının üçüncü pilləsinə düşən Rusiyada isə koronavirusa 326 448 nəfər yoluxub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə