Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Vasif Talıbovla bağlı qərar verildi

Naxçıvan MR DİN-in tabeliyindəki idarə, şöbə və bölmələrdən Vasif Talıbovun şəkillərinin yığışdırılmasına başlanılıb.

Bu barədə "Gündəlik Naxçıvan"a yerli polis bölmələrindən məlumat verilib. Bununla bağlı tapşırığı Naxçıvana yeni təyin olunmuş daxili işlər naziri Süleyman Neymətovun verdiyi bildirilir.

Şərur rayon Polis Şöbəsindəki mənbənin məlumatına görə, nazirlik yerli orqanlarda yoxlamalara da başlayıb:

"Nazirlikdən gəlmişdilər. Çoxu Bakıdan gələn yeni əməkdaşlardır. Süleyman müəllim özü ilə gətirib. Tapşırıq verildi ki, Vasif Talıbovun bütün şəkilləri təcili şöbədən yığışdırılsın. Dedilər ki, yalnız Heydər Əliyevin və İlham Əliyevin şəkilləri asıla bilər".

Məlumatı Kəngərli, Babək və Şahbuz rayon polis şöbələrindəki mənbələr də təsdiq edir.

Qeyd edək ki, Süleyman Neymətov dekabrın 28-də Naxçıvan MR daxili işlər naziri təyin olunub.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə