Vətən müharibəsinin tək qadın şəhidi Arəstənin anasının vəziyyəti yaxşı deyil
“Şəhid Arəstə Baxışovanın anasının vəziyyəti hələ də yaxşı deyil”.
Bu haqda Modern.az-a açıqlamasında şəhidin ailə üzvləri məlumat verib.
Bildirilib ki, o, müalicəsini ev şəraitində davam etdirir: “Vəziyyəti yaxşı deyil. 5-6 gündür yüksək temperaturdan əziyyət çəkir. Koronavirusun cavabı neqativ çıxmışdı. Sonra məlum oldu ki, gecikdirmişik və virus boğazda deyil, artıq ciyərə düşüb. Ona görə əziyyət çəkir. Müalicələri ev şəraitində davam etdiririk”.