Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut


Xəzərdə tapılan iki meyit FHN gəmisinin göyərtəsinə götürülüb


Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum  deyil) meyiti FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​

 

**** 16.30 

 

Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

 

Əlavə məlumat veriləcək.

 

***

 

15:45

 

 

Xəzər dənizində aşkarlanan qayığın içərisində 2 nəfərin meyitinin olduğu təsdiqlənib.

 

APA-nın məlumatına görə, meyitlər tanınmaz hala düşdüyündən onların kimliyi hələlik məlum deyil.

 

Meyiti tapılan şəxslərin kimliyi ekspertizadan sonra məlum olacaq.

 

 

***

 

15.25

 

Xəzər dənizində içərisində meyitlər olan qayıq aşkarlanıb.

 

APA-nın məlumatına görə, rezin qayıq "Neft Daşları" yaxınlığında müşahidə olunub.

 

Qayıqda iki nəfərin meyitinin olduğu ehtimal edilir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə