Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yağış Çernobıl AES-də yanğının söndürülməsinə kömək etdi

Yağış xilasedicilərə və meşə mühafizəçilərinə Çernobıl AES-də (Atom Elektrik Stansiyası) yanğının söndürülməsinə kömək edib.

Bu barədə Strana.ua nəşri Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə (FHDX) istinadən məlumat yayıb.

Mənbəyə görə, yanğının söndürülməsinə 400-dən çox mütəxəssis və 100 ədəd texnika cəlb edilib.

Yanğın artıq nüvə stansiyası və radiasiya tullantılarına təhlükə yaratmır. FHDX-dan verilən məlumata görə, Kiyevdə və bölgədə radiasiya fonu normadan çox deyil.

Yanğına qarşı mübarizədə Kiyev vilayətində yağan yağışın da kömək etdiyi qeyd olunur.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə