Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yanukoviçin keçmiş evinə silahlı basqın edildi


Hakimiyyətdən devrildikdən sonra Rusiyaya qaçan Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Moskva ətrafında əvvəllər yaşadığı “Şervud” kottec qəsəbəsindəki evinə silahlı şəxs daxil olub.

Silahlı şəxs evlərdən birini ələ keçirərək mühafizəçiləri və bir polis əməkdaşını girov götürüb. O, qışqıraraq Ukraynadakı müharibədən bir müddət əvvəl qayıtdığını və “Allahın əmrlərinə” əməl etdiyini deyib. Adı açıqlanmayan həmin şəxs bildirib ki, tutduğu ev “Allaha məxsusdur” və heç kim yaşamadığı üçün daxil olub.

Hadisə yerinə Rusiyanın xüsusi təyinatlı polis dəstəsi cəlb olunub. Onu neytrallaşdırmaq üçün əməliyyat keçirilir.

Qeyd edək ki, Viktor Yanikoviç 2010-cu il fevralın 25-dən 2014-cü il fevralın 22-dək Ukraynanın Prezidenti olub. 2014-cü il fevralın 22-də etiraz aksiyaları nəticəsində ölkədən qaçıb və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilib.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə