Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Bakı, 9 fevral, AZƏRTAC-a istinadla

Yaponiyanın Kansay Universiteti və Osaka Tibb Kollecindən bir qrup alim qlaukomanı qısa müddətdə diaqnozlaşdırmaq üçün xüsusi eynək hazırlayıb. “The Japan News” saytının yaydığı məlumata görə, yeni tibbi qurğu bu ilin aprelində sınaqdan keçiriləcək və uğur qazanacağı halda 2018-ci ildən onun istehsalına başlanılacaq.

“Medvestnik” saytına istinadla xəbər verilir ki, alimlərin fikrincə, qlaukomanı diaqnozlaşdırmağın müasir üsulları çox vaxt apara bilər. Buna görə də xəstəliyi heç vaxt ilkin mərhələdə aşkar etmək olmur. Eynək formasında olan bu qurğu vasitəsilə bir neçə dəqiqə ərzində lazım olan yoxlamanı keçirmək mümkündür. Eynəyi taxmış pasiyent displeydə proyeksiya olunan boz nöqtəni izləməlidir. Xüsusi cihaz gözün hərəkətini qeydə alır və bunun əsasında həkimlər görmə ilə bağlı problemin olub-olmamasını müəyyən edə bilirlər.

Yeni qurğunun əhəmiyyətini vurğulayan alimlərin fikrincə, xəstəliyin diaqnozu vaxtında qoyularsa, onun gələcək inkişafının qarşısını almaq mümkündür

Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin statistik məlumatına görə, ölkədə yaşı 40-dan yuxarı orta hesabla hər 20 adamdan biri qlaukomadan əziyyət çəkir və xəstələrin 20 faizi görmə qabiliyyətini tamamilə itirir.

Yaponiyanın Kansay Universiteti və Osaka Tibb Kollecindən bir qrup alim qlaukomanı qısa müddətdə diaqnozlaşdırmaq üçün xüsusi eynək hazırlayıb. “The Japan News” saytının yaydığı məlumata görə, yeni tibbi qurğu bu ilin aprelində sınaqdan keçiriləcək və uğur qazanacağı halda 2018-ci ildən onun istehsalına başlanılacaq.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə