Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Yaponiya və Britaniya hərbi təlimə hazırlaşır

Yaponiyanın Hərbi Dəniz Qüvvələri və Böyük Britaniyanın “Queen Elizabeth” aviadaşıyıcı gəmisinin rəhbərlik etdiyi zərbə qrupu Ədən körfəzində birgə hərbi təlimlər keçirəcək.

Xeberinmerkezi.az xəbər verir ki, bu barədə iyulun 9-da Yaponiyanın müdafiə naziri Nobuo Kişi məlumat verib.

Birgə təlimlər çərçivəsində dəniz quldurlarına qarşı birlikdə mübarizənin yolları araşdırılacaq.

“Böyük Britaniya ilə birlikdə dənizdə hərəkətin təhlükəsizliyini təmin etmək üçün quldurlara qarşı hazırlığımızı və birliyimizi nümayiş etdirəcəyik”, - deyə nazir qeyd edib.

Yaponiyanın müdafiə naziri təlimlərin keçiriləcəyi tarixi açıqlamayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə