Yaponiyada güclü zəlzələ: 1 milyona yaxın ev...
Yaponiyada 7,1 bal gücündə zəlzələ baş verib.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə məlumatı NTV yayıb. Yeraltı təkanların episentri Fukusima prefekturasının yaxınlığında yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilib.
***
Yeraltı təkanlar paytaxt Tokio ilə yanaşı, daha yeddi prefekturada hiss olunub.
Yerli hakimiyyət orqanlarının verdiyi məlumata görə, Miyaqi və Fukuşima prefekturalarında azı 20 nəfər xəsarət alıb.
Zəlzələdən dərhal sonra Baş nazirin ofisinin yanında xüsusi işçi qrup yaradılıb. Baş nazir Yosixide Suqa şəxsən saat 23:28 dəqiqədə ofisə qayıdıb. Baş nazirin əlaqədar nazirliklərə zəlzələnin vurduğu ziyanın dəqiqləşdirilməsi, təcili xilasetmə işlərinə başlanması və ictimaiyyətə lazımi informasiyanın vaxtında çatdırılması barədə göstərişlər verdiyi bildirilir.
Nazirlər Kabinetinin baş katibi Katsunobu Katonun verdiyi məlumata görə, zəlzələdən sonra təqribən 950 min ev elektrik enerjisiz qalıb.