Yasamalda 5 yaşlı uşağı maşın vurdu
Bakının Yasamal rayonunda 5 yaşlı uşağı maşın vurub.
Yol-nəqliyyat hadisəsi rayonun Zahid Xəlilov küçəsində baş verib.
Minik avtomobili yolu keçmək istəyən piyada, 2014-cü il təvəllüdlü Paşayev Səid Eyvaz oğlunu vurub.
Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. S.Paşayevə qarının küt travması diaqnozu qoyulub. Vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.