Yunan mətbuatı: Türkiyəyə qarşı taktikanı dəyişək
Yunanıstan Türkiyəyə qarşı taktikasını dəyişdirməlidir.
Xeberinmerkezi.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazıb.
“Həqiqət budur ki, türklər Şərqi Aralıq dənizində gücünü getdikcə artırır. Türkiyə artıq kiçik bir ölkə deyil və inkişaf etməkdə davam edir. Yunanıstan Türkiyəyə qarşı taktikasını dəyişdirməlidir. Yunan tərəfi əvvəlcə daxilində bulanıq görünən bəzi problemlərə aydınlıq gətirməlidir.
Türkiyə ilə bağlı qaranlıq qalan məsələləri masaya qoyub müzakirə etməliyik”, - məlumatda bildirilib.