Birləşmiş Millətlər Təşkilatının humanitar sahə üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO ilə Azərbaycanın əlaqələrinin inkişafında və möhkəmlənməsində Azərbayca-nın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın danılmaz xidmətləri var. 14 il əvvəl – 2004-cü il avqustun 13-də Mehriban Əliyeva Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsində xidmətlərinə, həmçinin YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın Xoşməramlı səfiri adına layiq görülüb. Yeri gəlmişkən, Azərbaycan gələn il YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək...Azərbaycan tarixində igid, cəsur, cəsarətli, qeyrətli diplomat qadınlar çox olub. Amma indiyədək Azərbaycanı dünyada, beynəlxalq aləmdə Mehriban xanım Əliyeva kimi təbliğ edən, şərəfləndirən ikinci qadın olmayıb. Yalnız siyasəti mərhəmətlə, şəfqətlə çulğalaşdıran, 21-ci əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu işin öhdəsindən böyük məharət və ustalıqla gəlir. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa, millətə sevgi dayanır. O, bütün qərarları ilə millidir, Vətəninə xidmət edir, onun tərəqqisini arzulayır, mədəniyyətinin, təhsilinin, səhiyyəsinin inkişafına çalışır, sabahının qayğısına qalır. 2004-cü ilin mayından ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan Fonda rəhbərlik edən Mehriban Əliyevanın təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən çoxsaylı və irimiqyaslı layihələr, həm ölkə daxilində, həm də ondan kənarda böyük əks-səda verdi.
Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan layihələr milli-mənəvi ideallara, humanist, insanpərvər dəyərlərə sadiq gənc nəslin formalaşdırılmasına, gender bərabərliyinin təmini, sivilizasiyalararası dialoqun təşviqi, nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına istiqamətlənib. Məhz göstərdiyi çoxşaxəli vətənpərvər fəaliyyəti ilə xalqa və dövlətə böyük faydalar verən Mehriban Əliyeva dövlət başçısının sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunub. Ölkəmizin inkişaf strategiyasının reallaşdırılmasında Mehriban Əliyevanın müstəsna rolu var. Birinci vitse-prezident kimi Mehriban Əliyeva bundan əvvəlki fəaliyyətindəki kimi sədrliyi ilə keçirilən ilk müşavirəni cəmiyyətin ən həssas təbəqəsindən olan qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr etdi, qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində Masazırda məcburi köçkün ailələrinə yeni mənzillər verilməsi mərasimində iştirak etdi, 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabitləri ilə görüşdü, döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi”ni tapşırdı. Bu da təsadüfi deyildi. Çünki onun vətənə xidmət fəlsəfəsinin təməlində doğma xalqına sonsuz sevgisi dayanır. O, əzmkar fəaliyyəti ilə təkcə milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, multikulturalizmi, bir sözlə insanlığın tərəqqisinə yonələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə alıb.
Azərbaycanın birinci xanımının ölkəmizin YUNESKO ilə münasibətlərinin inkişafı və möhkəmləndirilməsində də xidmətləri danılmazdır. Onun ciddi səyləri nəticəsində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olundu. Qobustan dövlət tarixi bədii qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı kompleksi YUNESKO-nun dünya mədəni irs siyahısına, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı və hazırlanması sənəti, eləcə də Novruz bayramı, Azərbaycan dolması, Lavaş, kəlağayı, Lahıc misgərlik sənəti, Çövkən oyunu YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edildi. YUNESKO ilə Azərbaycan arasında elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakıda bir sıra beynəlxalq tədbirlər keçirildi. Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti tez bir zamanda Azərbaycan sərhədlərini də aşdı, çünki bu cür insanlar harada doğulmalarından, harada yaşamalarından, hanslı millətə, hansı xalqa, hansı dinə mənsub olmalarından asılı olmyaraq, fəaliyyətləri bəşəridir, bəşəriyyətin xəzinəsidir. Təsadüfi deyil ki, humanistliyini, qlobal layihələrini təkcə öz xalqı yox, bütün dünya qiymətləndirdi. O, 2004-cü il avqustun 13-də Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanmasında və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsində xidmətlərinə, həmçinin YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın Xoşməramlı səfiri adına layiq görüldü. YUNESKO-nun Xoşməramlı səfiri olandan iki il sonra Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə də diqqəti çəkdi və 2006-cı il noyabrın 24-də 51 müsəlman dövlətinin təmsil olunduğu nüfuzlu beynəlxalq mədəni humanitar qurum olan İslam ölkələri elm, təhsil və mədəniyyət təşkilatının – İSESKO-nun Xoşməramlı səfiri adına layiq görüldü. Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədi ilə Bakıda Beynəlxalq Muğam mərkəzi tikildi. Beynəlxalq muğam festivalları keçirildi. 2009-cu ildə 1-ci beynəlxalq muğam festivalı çərçivəsində YUNESKO-nun sabiq baş direktoru Koişiro Matsuura ölkəmizə səfər etdi, səfəri çərçivəsində Novruz bayramı şənliklərinə qatıldı. “Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında sıx əməkdaşlıq yaranmışdır” - bu fikrin müəllifi də Koişiro Matsuuradır. 2010-cu ilin iyulunda isə YUNESKO-nun baş direktoru İrina Bokova Qəbələdə 2-ci Beynəlxalq musiqi festivaslında iştirak edərək bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilmnəsinə sanballı töhfələrinə görə YUNESK-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya “Qızıl Motsart” medalı təqdim etdi və “Sizi Xoşməramlı səfirlər sırasında görmək bizim üçün – YUNESKO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız” dedi.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilməsi də bu qurumla əlaqələrin yüksək səviyyəsinin bariz göstəricisidir. Füzulinin 500 illik, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik, “Leyli və Məcnun” operasının ilk tamaşasının, dünyaşöhrətli alim, akademik Yusif Məmmədəliyevin, görkəmli yazıçı, alim Mir Cəlal Paşayevin 100 illik yubileyləri, habelə bu sıradan olan digər tədbirlər YUNESKO çərçivəsində böyük təntənə ilə qeyd edilib. Mehriban xanım Əliyevanın YUNESKO-nun mənzil qərargahında Xoşməramlı səfirlərin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları da böyük maraqla qarşılanır. Fondun prezidenti həmin tədbirlərdə diqqəti, həm də Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldir, işğal altında olan ərazilərimizdə tarixi, mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bildirir, bir sözlə, YUNESKO-nun mötəbər tribunasından Azərbaycan həqiqətlərinin çatdırılması üçün bacarıqla istifadə edir.
YUNESKO-nun mənzil qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə gerçəkləşən mədəni tədbirlər Azərbaycanın inkişafı, tarixi, mədəniyyəti ilə bağlı təqdimatlar ölkəmizin mədəni abidələri, təbiəti, səfalı yerləri, xalçaçılıq sənəti, mətbəxi barədə bir-birindən maraqlı nəşrlər, kataloqllar da ölkəmizin tanıdılması baxımından böyük önəm daşıyır. Azərbaycanın tanınmış incəsənət ustalarının, eləcə də gənc istadadların YUNESKO-nun iqamətgahında möhtəşəm çıxışları isə Azərbaycan mədəniyyətinin zənginliyini, möhtəşəmliyini bir daha nümayiş etdirir. Azərbaycanın 1-ci xanımının YUNESKO-nun Xoşməramlı səfirləri arasında da çox böyük nüfuzu var. Qurumda daim nəcib təşəbbüsləri ilə seçilən Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirirlir, onun gördüyü işləri Xoşməramlı səfirlər üçün örnək hesab edirlər. Əslində, onun YUNESKO-nun Xoşməramlı səfiri kimi fəxri missiyası elə beynəlxalq ictimaiyyət tərəfindən göstərilən nadir etmaddır. Heç şübhəsiz, Mehriban xanım Əliyevanın YUNESKO-nun idealları naminə fəaliyyəti, hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı, Azərbaycanın təbliğidir. Bu fəaliyyət sübut edir ki, artıq Azərbaycan, nəinki Avropa ailəsinə inteqrasiya edir, hətta bu ailənin ayrılmaz bir üzvüdür...