Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Zabuxdan salamat buraxdığımız Andranik Xankəndindəki mitinqdə çıxış etdi...
 
"Hələ avqustda  -Laçın şəhəri, Zabux və Susun rəsmən azad edilməsi ərəfəsində xəbərdarlıq etmişdik ki, belə terrorçu, işğalçı xislətlilərin yenidən digər torpaqlarımızda, o cümlədən Xankəndində qanunsuz məskunlaşmasına yol vermək olmaz...
 
"İki ildən çox müddətdə Rusiya "sülhməramlı" kontingenti minlərlə bu cür Azərbaycana qatı düşmən haykın Ermənistandan və azad edilmiş digər torpaqlarımızdan Xankəndinə, Əsgərana, Xocalıya, Ağdərəyə və s. köçürülməsinə şərait yaratdı... Üstəgəl də sonda Rusiyadan R.Vardanyan... Belə getsə, bunlar Moskvanın fətvasıyla illərlə bizə qarşı problemlər yaradacaq..."
 
Laçın şəhəri, Zabux və Sus kəndlərinin birbaşa Azərbaycanın nəzarətinə verilməmişdən bir neçə həftə öncə həmin rayonun Zabux kəndindən ailəsini sağ-salamat Xankəndinə köçürmüş, sonda özü də bu şəhərimizə köçmüş Livan mənşəli erməni terrorçu Andranik Çavuşyan dünən Xankəndində keçirilmiş  mitinqdə dövlətimizə, onun konstitusyon quruluşuna qarşı çıxış edib.
Moderator.az xəbər verir ki,bu haqda məlumat və videonu “t.me/Armenian_Life” teleqram-kanalı yayıb.
 
2013-ci ildən Suriyadan köçürülərək Azərbaycan torpağında qanunsuz məskunlaşmış və Zabuxdakı hayların qondarma "mer"i  təyin olunmuş Andranik Çavuşyan 2016-cı ilin Aprel döyüşlərində və 44 günlük savaşda da Azərbaycana qarşı vuruşub. 10 noyabr bəyanatından sonra isə o, dəfələrlə Azərbaycan ordusuna qarşı hədələrlə çıxış edərək Zabuxdan çıxmayacağını bəyan etmişdi.
 
2022-ci ilin avqustunda dəfələrlə xəbərdarlıq  etmişdik ki, işğal dövründə Zabuxda, eləcə də Laçın şəhərində, Sus kəndində, ümumiyyətlə, hazırda rəsmən Rusiyanın nəzarətində olan digər Azərbaycan yaşayış məntəqələrində(o cümlədən Kəlbəcər, Ağdam və Tərtər rayonlarının inzibati-hüquqi ərazilərində) qanunsuz məskunlaşmış ermənistanlı, yaxud xaricdən köçürülmüş haykların,  xüsusən də adı çəkilən A.Çavuşyan kimi terrorçu, işğalçı xislətlilərin rəsmi Bakının razılığı, rəsmən icazəsi olmadan Qarabağ və ya Şərqi Zəngəzurun digər ərazilərində yenidən qeyri-qanuni olaraq özbaşına məskunlaşmasına heç bir hüququ yoxdur. Buna görə də, Rusiya “sülhməramlı” komandanlığından  belələrinin ərazimizə buraxılmamasını tələb etmək gərəkdir... 
 
P.S. İki ildən çox müddətdə Rusiya "sülhməramlı" kontingenti minlərlə bu cür Azərbaycana qatı düşmən haykın Ermənistandan və azad edilmiş digər torpaqlarımızdan Xankəndinə, Əsgərana, Xocalıya, Ağdərəyə və s. köçürülməsinə şərait yaratdı... Üstəgəl də sonda Rusiyadan R.Vardanyan... Belə getsə, bunlar Moskvanın fətvasıyla illərlə bizə qarşı problemlər yaradacaq...

 

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə