Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut
Zelenski nədən Baxmutda qətlə yetirilməyib?

"Bu adam yalnız icraçı və ötürücüdür, onun aradan götürülməsi döyüş təmas xəttində heç nəyi dəyişməyəcək..."
 
"Onun həyatı bizim əlimizdə deyil. O tərəfdən onu aradan götürməyə qərar verilərsə, bunu özləri edəcək və bizim üstümüzə atacaqlar..."
 
"Zelenski gerçəkdən heç nəyi idarə etmir, qərarlar qəbul edilən mərkəzlər Ukraynanın hüdudlarından kənardadır..."
 
 
Rusiyanın xüsusi xidmət orqanları və ordusu Baxmutda olduğu zaman Vladimir Zelenskini məhv etmək üçün cəhdlər göstərməyib, çünki belə əməliyyat Ukrayna dövlətinin siyasətində əsaslı dəyişikliyə gətirib çıxarmayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksey Leonkov "Moskovskiy komsomolets" nəşrinin jurnalisti ilə söhbətində deyib.
 
"Bizdə Zelenskini aradan götürməyi düşünən  "ura-vətərpərvər" əhval-ruhiyyəli adamlara rast gəlmək olar. Heç də hamı anlamır ki, bu, heç nəyi dəyişməyəcək, bu adam yalnız icraçı və ötürücüdür. O, elə bir fiqur deyil ki, onun aradan götürülməsi döyüş təmas xəttində hər hansı dəyişikliklərə gətirib çıxarsın.
 
Bundan başqa, anlamaq lazımdır ki, onun həyatı bizim əlimizdə deyil. O tərəfdən onu aradan götürməyə qərar verilərsə, bunu özləri edəcək. Və məsələni belə təqdim edəcəklər ki, bunu biz etmişik və ondan müqəddəs qurban düzəldəcəklər", - Leonkov bəyan edib.
 
Leonkov narazı tənqidçiləri vəziyyəti anlamamaqda qınayıb, İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) tərkibində "Əl-Qüds" xüsusi bölməsi komandirinin məhv edilməsini nümunə kimi göstərib:
 
"Amerikalılar tərəfindən Süleymanini aradan götürmək üzrə bütöv bir xüsusi əməliyyat hazırlanıb. Onu hava limanında qarşılayıb, snayperlər növbə çəkib, onu aradan götürməli olan təmas qrupu olub, pilotsuz uçuş aparatı işləyib, hava limanının personalı qismən agentlərlə dəyişilib. 
 
Bundan başqa, onu qarşılayanlar arasında "göstəbək" olub, Qasım Süleymaninin təyyarədən enib hansısa maşına əyləşdiyi barədə siqnal verib. Beləliklə, onun harada olduğunu dəqiq bildikdən sonra aradan götürüblər. Aydındır ki, Zelenskinin aradan götürülmədiyinə görə hiddətlənənlər bu hərbi gerçəkliklərdən uzaqdır".
 
Leonkov Zelenskinin Baxmuta gəlişini piar nöqteyi-nəzərdən yüksək qiymətləndirib: 
 
"Ümumiyyətlə, belə məlumat ilk növbədə daxili publikaya hesablanıb, yəni, görün, necə də cəsarətli prezidentiniz var. Rusiya publikasına da bu informasiya təsir edir və qıcıq yaradır".
 
Bu zaman ekspert hadisənin mümkün tamaşa ola biləcəyinə də eyham vurub və diqqəti xromakeyə yönəldib (ingiliscə "chroma key" sözündən, tərcüməsi "rəng açarı" deməkdir, iki və daha artıq təsvirin bir kompozisiyada verilməsidir-red.).
 
"Yadda saxlamaq lazımdır ki, Zelenski tez-tez xromakey fonunda şəkil çəkdirir (yaşıl fondur, sonra onu kompüterdə hər hansı başqa rənglə əvəzləmək mümkündür)".
 
Leonkovun nöqteyi-nəzərini məqalədə "analitik" kimi adlandırılan Boris Rojin dəstəkləyib:
 
"Zelenskinin Artyomovkada (Baxmut) olması barədə bunu demək istəyirəm. Əvvəllər artıq deyilib ki, Zelenskiyə İzyumda və ya Xersonda zərbələr endirilməməsi hərbi yox, siyasi qərar olub. Ona görə də madam ki, onu heç kim izləmir, o, sakitcə özü üçün istənilən yerə yollanır, üstəlik, o, gerçəkdən heç nəyi idarə etmir, qərarlar qəbul edilən mərkəzlər Ukraynanın hüdudları kənarındadır. Əvvəllər Zelenski artıq Lisiçanskı onun tərk edilməsindən az öncə ziyarət edib".
 
Qeyd edək ki, Ukrayna dövlət başçısının Baxmuta gəlişi faktı müstəqil müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə