Əliyevdən Blinkenə: Bu, bizim maraqlarımıza cavab verir
Azərbaycan sülh prosesinə sadiqdir və sülh sazişinin ən qısa zamanda bağlanması bizim milli maraqlarımıza cavab verir.
Xeberinmerkezi.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Münhendə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.
Dövlət başçısı Amerika Birləşmiş Ştatlarına və xüsusilə Dövlət katibinə bu istiqamətdə göstərdiyi səylərinə görə təşəkkür edib.