Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ən yaxın müttəfiqləri də Rusiya lehinə səs vermədi

Moskva BMT Baş Assambleyasında səsvermə zamanı dost ölkələrin mövqelərini diqqətlə izləyir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan, Qazaxıstan, Serbiya, Özbəkistan, Tacikistan və Qırğızıstanın BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya vurduğu zərərin ödənilməsi mexanizminin yaradılmasına dair qətnaməyə səsvermədə bitərəf qalmasını şərh edərkən deyib.

"Onlar suveren dövlətlərdir və öz maraqları əsasında qərarlar verirlər. Biz onların müəyyən məsələlərdə tutduqları mövqeyi yaxından izləyirik”, - Peskov bildirib.

Qeyd edək ki, qətnamənin lehinə 94, əleyhinə 14 ölkə səs verib, 73 ölkə bitərəf qalıb.

Sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib.

Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzyanın sözlərinə görə, qətnamənin məqsədi əvvəllər Qərb ölkələri tərəfindən dondurulmuş Rusiya aktivlərinin müsadirəsini qanuniləşdirməkdir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə