Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ərdoğan təsdiqlədi: İmamoğlunun rəqibi o seçildi

Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədin deputat, sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurumun olacağı iddia edilir.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Artıq Kurumun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən məlumatlandırıldığı da irəli sürülüb.

Qeyd edək ki, İstanbul da daxil olmaqla, AKP-MHP ittifaqının Türkiyənin 12 böyükşəhər və 16 il bələdiyyə başqanlığına namizədlərini Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün açıqlayacağı gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədinin adını açıqlayıb.

Ərdoğan namizədin hazırkı deputat Murad Kurum olduğunu deyib.

Qeyd edək ki, bu il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri baş tutacaq.

Xatırladaq ki, hazırda İstanbul bələdiyyəsinin sədri CHP-çi Əkrəm İmamoğludur.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə