Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

Ərdoğanla Putin saatlar ərzində... - Peskov


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbət hələ Rusiya Prezidenti Vladimir Putinin cədvəlində yoxdur. Lakin bu cür ünsiyyət adətən saatlar ərzində razılaşdırılır.

Xeberinmerkezi.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Prezidentin cədvəlində hələ belə bir söhbət yoxdur. Amma bizimlə Türkiyə arasında ən yüksək səviyyədə danışıqlar sözün əsl mənasında saatlar ərzində əlaqələndirilir, ona görə də burada heç bir problem yaranmayacaq”, - o bildirib.

Peskov qeyd edib ki, bu cür danışıqların gündəliyi həmişə genişdir:

“Bu, Rusiya-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı çox geniş spektrli məsələlərlə bağlıdır”.

Qeyd edək ki, “RİA Novosti” öz mənbələrinə istinadla Ərdoğanın bu gün Putinlə telefon danışığı aparacağı haqda məlumat yayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə