Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Avro-2022”: Operativ Qərargah icazə verdi

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının (“Avro-2022”) seçmə mərhələsində ilk oyununu keçirib.

Xeberinmerkezi.az xatırladır ki, pandemiyaya görə,  Azərbaycanda qapalı şəraitdə yarışların keçirilməsi qadağandır.

Amma Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı sayəsində komandamıza ictisna hal kimi Slovakiya ilə Bakıda bir oyun keçirməyə icazə verilib.

Bakı İdman Sarayında keçirilən oyunda Azərbaycan millisi 4:1 hesablı qələbə qazanıb.

Millimizin heyətində Bolinha, Qalo, Xətai Bağırov və İsa Atayev fərqləniblər.

Yığmamız növbəti oyununu fevralın 2-də Afinada Yunanıstan seçməsinə qarşı keçirəcək.

Qeyd edək ki, bu oyun Azərbaycan millisinin Slovakiya yığması ilə sayca 7-ci dueli olub. Komandalar müxtəlif vaxtlarda 6 rəsmi oyun keçiriblər. Bu matçların 3-də millimiz qələbə qazanıb, iki qarşılaşmada isə heç-heçə qeydə alınıb. Rəqibimiz aktivinə yalnız ilk oyunda qələbə yazdırıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə