Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Bakıxanov Residence”dən daha bir dəstək - 300 ailəyə yardım edildi - FOTO


“Bakıxanov Residence” Komplekslər Qrupu xüsusi karantin dövründə Bakının Zabrat, Ramana və Sabunçu qəsəbələrində, eləcə də, paytaxtın digər müxtəlif ünvanlarında yaşayan 300 aztəminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırıb.

Xeberinmerkezi.az xəbər verir ki, eyni zamanda şirkət tərəfindən ehtiyacı olan ailələrə yeni doğulmuş körpələr üçün hazır qida məhsulları da təqdim edilib.

Qeyd edək ki, bundan əlavə şirkət Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 manat vəsait köçürüb.

“Bakıxanov Residence” (Efendiler Group) rəhbərliyi bildirib ki, xüsusi karantin rejimi dövründə öz dəstəklərini yenə də davam etdirəcək.


Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə