Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Barselona” klubu oyunçularını futbol oynamağa məcbur etməyəcək

Futbol üzrə İspaniya çempionatı bərpa olunarsa, “Barselona” futbolçularının oyunlarda iştirak etməmək hüququ var.

Bu barədə Sport.es saytı xəbər yayıb.

“Göy-qırmızılar”ın tibbi heyəti hesab edir ki, koronavirusa yoluxma riski yüksək olaraq qalır və futbolçuların pandemiya dövründə meydana çıxıb-çıxmamaq barədə qərar vermək hüququ olmalıdır.

Kataloniya klubunun rəhbərliyi isə ölkənin səhiyyə orqanları tərəfindən müvafiq sanitar şəraitin yaradılmayacağı təqdirdə, oyunlardan tamamilə imtina etmək variantını nəzərdən keçirir.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə