Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Çingiz Mustafayevin adına xüsusi bir mükafatın təsis edilməsinə ehtiyac var”




Qulu Məhərrəmli: “O, buna layiqdir”

“Çingiz Mustafayevin adına xüsusi bir mükafatın təsis edilməsinə ehtiyac var. Çünki o, buna layiqdir”.

Moderator.az xəbər verir ki, bu sözləri Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu gün keçirilən tədbirində professor Qulu Məhərrəmli bildirb. Q.Məhərrəmli Ç.Mustafayevin Azərbaycan jurnalistikasındakı xidmətlərini də yüksək qiymətləndirib:

“Biz hansı sahədə, hansı peşədə təmsil olunmasından asılı olmayaraq, hər bir sahədə öndə gedənlər, öz zəhmətləri, bilik və bacarıqları ilə üslub yaradan, dəyər formalaşdıran, yeni yol və cığır açan bütün insanlara borcluyuq. Ç.Mustafayev də bu qəbildən olan insanlardan idi. Kim nə deyirsə desin, Ç.Mustafayev bir məktəbdir. O, Azərbaycan gəncliyinin ruhunu özündə əks etdirən, mlli ruhu öz fəaliyyətində ortaya qoyan bir reportyor idi. Onun içində bir Azərbaycan var idi. Hansı ki, bunu onun hər bir addımında hiss etmək mümkün idi. Odur ki, Ç.Mustafayevlə bağlı xüsusi bir mükafatın təsis edilməsi məqsədəuyğun olardı”.
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə