Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“Diqlas” məşhur generala məxsusdur? - Cavab

Böyük qardaşım Məhərrəm Əliyevin “Diqlas” və ümumiyyətlə, heç bir ticarət obyekti ilə əlaqəsi yoxdur.

xeberinmerkezi.az Axar.aza istinadən xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev sosial şəbəkələrdə yanan “Diqlas” Ticarət Mərkəzində general Məhərrəm Əliyevin obyektlərinin olması ilə bağlı yayılan məlumata aydınlıq gətirərkən qeyd edib.

“O ki qaldı dayımız oğlu Nadir Əzizova, onun Ticarət Mərkəzinin adı “Ramal”dır. O da Əzizovlar ailəsinə məxsusdur. Hər kəsin obyekti - istər “Diqlas”, istərsə də “Ramal” - sağlığına qismət olsun!

Bizim qürurumuz - namusumuz, şərəfimizdir. Kimsə istər bilərəkdən, istər bilməyərəkdən yalan məlumat yayırsa, onun namusu, vicdanı və şərəfi sual altındadır”.

Qeyd edək ki, ötən gün yanan “Diqlas” Ticarət Mərkəzinin millət vəkili Adil Əliyevin qardaşı, Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin nəzarətində olması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirilib. Musavat.com isə “Diqlas”ın keçmiş MTN rəhbəri Eldar Mahmudovun oğlu Anar Mahmudova aid olması barədə informasiya yayıb.

Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə