Ən dəqiq və daim yenilənən xəbərlər xəbərin mərkəzində

mesut mesut

“El Klasiko”nun tarixi açıqlanıb



Əzəli rəqiblər “Barselona” ilə “Real” arasında İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək oyunun tarixi açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “El Klasiko” çempionatın XXXVI turuna təsadüf edəcək.

Komandaların mövsümün sonuna 3 tur qalmış üz-üzə gələcəkləri görüş mayın 6-da baş tutacaq. “Nou Kamp” stadionundakı oyun Bakı vaxtı ilə 23:45-də start götürəcək. Komandalar arasında “Santyaqo Bernabeu”dakı ilk dövrə matçında “Barselona” 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, La Liqada 25 turdan sonra “Barselona” 65 xalla turnir cədvəlinə başçılıq edirsə, aktivində 51 xal olan “Real” 3-cü pillədə qərarlaşır.

Əzəli rəqiblər “Barselona” ilə “Real” arasında İspaniya La Liqasının ikinci dövrəsində
Xəbərə yorum yaz
Captcha image
Show another codeKodu yenilə